Azərbaycanda 18 yaşlı bağban ov tüfəngi ilə öldürüldü — Ailəsindən inanılmaz iddialar (VİDEO)

12:21 04-10-2019 50

Space Tv-də Amil Xəlilin "Gəl, dərdini danış" sosial-kriminal layihəsində inanılmaz anlar yaşanıb.

Unikal.org xəbər verir ki, verilişə müraciət edən Şabran sakinləri oğulları Mahirin ölümündən danışıb. Onlar qeyd edib ki, Mahir ov tüfəngi ilə özü-özünü öldürə bilməz. Hətta ekspertlər bildirib ki, insan ov tüfəngi ilə alın nahiyəsindən vurara bilməz. Çünki «qoşa lülə» uzun və ağır olur.

Mahirin atası Məmməd bildirib ki, araşdırma da düzgün getməyib. Verilişin gedişatında digər müəmmalı məsələlər ortaya çıxıb. Sən demə Mahiri öldürən şəxs 16 yaşı hələ tamam olmamış kənd sakini olub.
 
Qeyd edək ki, «Gəl dərdini danış» həftə içi hər gün saat 12:20 də Space Tv-də Amil Xəlilin təqdimatında yayımlanır.