Ağsuda icra hakimiyyətinin qarşısında izdiham

11:43 04-10-2019 55

Ağsu Rayon İcra Hakimiyyətinin binası qarşısına 200-ə yaxın rayon sakini toplaşıb.

Bu barədə xəbəri “Yeni Sabah.az”a Ağsu sakinləri verib. Onların sözlərinə görə, sakinləri icra hakimiyyətinin binası qarşısına toplaşması etiraz aksiyası deyil. Sadəcə insanlar yeni icra başçısı Vahid Tağıyevin qəbuluna düşmək istəyirlər.

“Bu gün yeni icra başçısının ilk qəbul günüdür. Əvvəlki icra başçısı Ənvər Seyidəliyevin qəbuluna düşmək müşkül məsələ idi. Onun dövründə icra hakimiyyətinin binası qarşısında polis postu var idi. Vətəndaşlar heç binaya yaxın düşə bilmirdi. Doğrudur, bu post indi də var. Lakin sakinlər binanın qapısına qədər irəliləyə biliblər və onlara hələ ki, mane olan yoxdur”, - deyə sakinlər bildirib.

Məlumatda qeyd edilir ki, Ağsu sakinləri ümid edir ki, yeni icra başçısı Vahid Tağıyev sələfindən fərqli olaraq onların problemlərini ən azı dinləyəcək.

agsu icraa

agsu icraa1