“Broker Əbülfəz”in oğlunun restoranlar şəbəkəsi - FOTOLAR

11:11 04-10-2019 55


“Trans Broker” MMC-nin keçmiş rəhbəri, hazırda Abşeron və Ələt Beynəlxalq Dəniz Limanının “Loqistika Mərkəzi”ni nəzarətində saxlayan Əbülfəz Məlikova məxsus restoranlar şəbəkəsi aşkarlanıb. Bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli yazıb.

melikovO bildirib ki, “PAPA JOHN’S” restoranlar şəbəkəsinin Azərbaycandakı lisenziyası Əbülfəz Məlikovun oğlu Murad Məlikova məxsusdur: “Broker Əbülfəz” kimi tanınan Əbülfəz Məlikovun oğlu Murad Məlikov Azərbaycandakı ən iri restoranlar şəbəkəsindən birinə sahiblik edir. Söhbət Amerikanın ən böyük və dünyanın üçüncü məşhur pizza brendlərindən olan “PAPA JOHN’S PİZZA”-nın Azərbaycandakı şəbəkəsindən gedir”.

C.Həsənlinin araşdırmasına görə, Əbülfəz Məlikovun oğlu “PAPA JOHN’S” adı altında fəaliyyət lisenziyasını 2012-ci ildə əldə edib və indiyədək Bakı şəhərində bu brend altında 8 restoran açıb. Gömrük brokerinin oğlunun şəriki Kamran Əliyev adlı şəxsdir.

1

Restoranlar Murad Məlikov və Kamran Əliyevin təsisçiləri olduğu PJA Limited Azerbaijan şirkəti üzərindən idarə olunur. Həmin şəbəkə isə aşağıdakı ünvanlarda fəliyyət göstərir:
 
Nizami – Mirzağa Əliyev küç. 138
Sahil – Nizami küç. 106 A
Gənclik – Atatürk pr. 29
Əcəmi – Cavadxan küç. 15c
Park Bulvar – Neftçilər pr. 92
Əhmədli – Məhəmməd Hadi küç 106
Şüvəlan – Almaz İldırım küçəsi 68
28 Mall – Azadliq prospekti 15A/4″
 
C.Həsənli yazır ki, Əbülfəz Məlikovun 1990-cı il təvəllüdlü oğlu Murad Məlikov 19 yaşından şirkət sahibidir. “AMAR-ŞİRVAN” MMC vasitəsilə, o, Şamaxıda xeyli torpaq sahəsi alıb. 2009-cu ildən bəri şirkət məhkəmələrə cəlb olunub, torpaq alqı-satqı müqavilələrinin saxta olması ilə bağlı iddialarla üzləşib. “Məsələn, məhkəmələrdə ortaya çıxan faktlardan biri Şamaxıda Mikayıl Əhmədov adlı şəxsə məxsus 3 hektar torpaq sahəsinin saxta sənədlərlə həmin şirkətə satılmasıdır.
 
Amma hər qədər məhkəmə qalmaqalları ilə üzləşsə də, Murad Məlikov Bakıda restoran biznesini inkişaf etdirə bilib. Bununla yanaşı o, Gürcüstanda turizm şirkəti yaradıb, Britaniyada şübhəli biznesə sahibi olub.
 
Məsələn, VAGO Travel Ltd şirkəti 2013-cü il iyulun 4-də Tbilisidə qeydiyyata alınıb. Tbilisi, Isani-samgoris Raionshi, Lekh Kachinskis K., N 84/5 ünvanında yerləşir. Qeydiyyat sənədlərinə görə, şirkətin 50 faizlik hissəsi Gürcüstan vətəndaşı Şalva Jalabadzeyə, 50 faizlik hissəsi Murad Məlikova aiddir.
 
Gömrük brokerinin oğlunun Seyşeldə qeydiyyatdan keçmiş və postsovet məkanında çirkli pulların yuyulmasında ittiham olunan şirkətlərlə bağlantısı da varmış…”

23456