Elman Babayevə vəzifə verildi

10:50 04-10-2019 45

Əməkdar jurnalist Elman Babayevə Bakı Mühəndislik Universitetində vəzifə verilib.

milletinsesi.info xəbər verir ki, universitetdə təbliğat işinin gücləndirilməsi məqsədilə struktur dəyişikliyi aparılıb.

Təhsil müəssisəsinin mətbuat xidməti ləğv olunaraq, onun bazasında İctimaiyyətlə əlaqələr şöbəsi yaradılıb.

Əməkdar jurnalist Elman Babayev şöbənin müdiri vəzifəsinə təyin olunub.

Qeyd edək ki, E.Babayev “Kaspi”, “Azərbaycan müəllimi” qəzetlərində, Trend İnformasiya Agentliyində çalışıb. Həmçinin, uzun illər bir çox dövlət qurumlarında ictimaiyyətlə əlaqələr sahəsinə rəhbərlik edib.

Prezident İlham Əliyevin 15 iyul 2015-ci il tarixli sərəncamı ilə “Əməkdar jurnalist” fəxri adına layiq görülüb.