"Məlahət" MMC-nin rəhbəri Məlahət Qurbanova: "Fizuli Ələkbərov əmlakımı istifadəmdə ola-ola öz adına keçirib"

11:11 03-10-2019 40
"Qiyamçı nazir Fizuli Ələkbərov mənə məxsus olan Səbail rayonu ərazisindəki 253 kvadrat metrlik qeyri-yaşayış sahəni ələ keçirib. O, həmin vaxt nazir idi. Nazir səlahəyyətlərindən istifadə edərək belə bir addımı atıb".
Bu sözləri iş adamı, "Məlahət" MMC-nin rəhbəri Məlahət Qurbanova keçmiş əmək və əhalinin sosial müdafiə naziri Fizuli Ələkbərovun onu məhkəməyə verməsi ilə bağlı Criminal.az saytında dərc olunan məqaləyə münasibət bildirərkən deyib.
M.Qurbanovanın sözlərinə görə, məhkəmə iddiasını F.Ələkbərov deyil, qarşılıqlı məhkəmə davası açılıb: "Fizuli Ələkbərov əmlakımı istifadəmdə ola-ola öz adına keçirib. Hazırda məhkəmə getdiyinə görə lazımı sənədləri təqdim edə bilmirəm, amma həmin əmlakın sənədləri var". 
Criminal.az-ın əldə etdiyi məlumata görə, M.Qurbanova ilə F.Ələkbərov arasındakı mübahisəli 253 kvadrtametrlik daşınmaz əmlak Səbail rayonu, A.Əlizadə küçəsi 5 ünvanında yerləşən Rolls-Royce Motors satış mərkəzinin zirzəmisidir.  

Xatırladaq ki, Fizuli Ələkbərov iddiasında Bakı şəhər Səbail rayonunun ərazisində yerləşən xüsusi mülkiyyətində olan torpaq sahəsinin boşaldılmasını tələb edir. İddia üzrə cavabdehlər "Məlahət" Məhdud Məsuliyyətli Cəmiyyəti və Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmtinin Bakı Ərazi İdarəsidir. Fizuli Ələkbərov Tələb torpaq sahəsinin boşaldılması və vurulmuş zərərin əvəzinin ödənilməsindən ibarətdir.
Məlahət Qurbanova 1987-ci ildən etibarən 1 saylı Lombarda rəhbərlik edir və "Lombard Məlahət" kimi tanınır. O, "Qazax” Xeyriyyə İctimai Birliyinin İdarə Heyətinin üzvü, iş adamıdır.