İORDANİYA İSRAİLİ HƏDƏLƏDİ – “1994-cü il sülh müqaviləsini poza bilərik”

11:52 13-09-2019 40

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, İordaniya parlamenti Nümayəndələr Palatasının spikeri Atəf əl-Təvarneh bəyan edib ki, İsrail hökumətinin başçısı Binyamin Netenyahunun İordan çayının Qərb sahilli ərazilərinin bir hissəsinin ilhaq edilməsi planı 1994-cü ildə Həşimi krallığı ilə İsrail dövləti tərəfindən bağlanmış sülh müqaviləsini təhlükə altına alır.

«Nümayəndələr Palatası, işğalçı tərəfin rəhbərliyindən qaynaqlanan bütün rasist bəyanatları rədd edir. Təsdiqləyir ki, bu işğalçı ilə mübarizə üçün sülh müqaviləsini ortaya qoyan yeni yol tələb olunur» - deyə, İordaniya paprlameninin aşağı palaiasının sədri sentyabrın 12-də bəyan edib («The New Arab»).

Əl-Təvərnah həm də İsraili onda günahlandırıb ki, o, «bütün beynəlxalq müqavilələri və BMT-nin qətnamələrini çalışqanlıqla pozur».

Xəbər verildiyi kimi, Ərəb Dövlətləri Linası (ƏDL) dövlətlərinin Xarici İşlər Nazirləri bundan əvvəl Netenyahunun planı pisləyərək, onu Fələstin tənzimləməsini dinc yolla həyata keçirmək şansını istisna edən «təcavüz» adlandırıblar. ƏDL dövlətləri Xarici İşlər Nazirləri öz mövqelərini Qahirədə keçirilmiş fövqəladə iclasın yekunlarına əsasən ifadə ediblər.

Ötən çərşənbə axşamı Netenyahu bəyan edib ki, Sentyabrın 17-də İsraildə keçiriləcək parlament seçkilərində qabil gələcəyi təqdirdə, İordan dərəsini (Qərb sahilinin işğal olunmuş böyük «kəmər»i) ilhaq etməyi planlaşdırıb.

ƏDL yəhudi dövləti hökumət başçısının İsrail televiziyası ilə birbaşa yayımlanan bu bəyanatını «təhlükəli irəliləyiş və yeni İsrail təcavüzü» adlandırıb.

«Liqa hesab edir ki, bu bəyanat sülh prosesinin bütün şanslarını dağıdır və onun bütün əsaslarını atəş altına alır» - deyə, sənəddə qeyd olunur.

İordaniya xarici işlər naziri Ayman Səfadi isə öz «Tvitter»ində Netenyahunun planını «ciddi gəginlik» adandırıb.

Xatırladaq ki, İordaniya və Misir yeganə ərəb dövlətləridir ki, İsraillə sühl müqaviləsi bağlayıblar. İsrail İordan çayının Qərb sahilini 1967-ci ildə «altı günlük müharibə» nəticəsində işğal edib.