BOLTONUN QOVULMASININ SƏBƏBİ MƏLUM OLDU – Tramp açıqladı

12:59 12-09-2019 35

«AzPolitika.info»-nun xarici KİV-ə istinada verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatları (ABŞ) prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton öz postunu İran məsələsi üzrə fikir ayrılığı səbəbilə itirə bilərdi. Özəl mənbələrinə istinadla, bu barədə «Bloomberq» yazıb.

KİV-in məlumatına görə, ABŞ prezidenti Donald Tramp İrana qarşı tətbiq olunmuş sanksiyaların yumşaldılmasını təklif edib. Amma Bolton qəti şəkildə bunun əleyhinə çıxıb. Bu məsələdə maliyyə naziri Stiven Mnuçin də Trampı dəstəkləyib.

Nəşr xatırladır ki, ABŞ-da Trampın Ruhani ilə görüşünə hazırlıq gedir. Görüşün sentyabr ayında Nyu-York şəhərində, BMT Baş Məclisinin kuluarlarında baş tutucağı gözlənilir.

Bolton sentyarbın 10-da vəzifəsindən qovulub. O, müşavir postunda 2018-ci ilin aprelindən çalışıb.

***

ABŞ Prezidenti Donald Tramp, milli təhlükəsizlik üzrə keçmiş müşaviri Con Boltonun Şimali Koreya ilə Liviya modeli üzrə işləmək fikrinin səhv olduğunu söyləyib. Virtualaz.org bildirir ki, bu barədə TASS məlumat yayıb.

“Con mənim yaxşı münasibətlərim olan bir insandı. Ancaq bəzi səhvlərə yol verdi. Onun Kim Çen In üçün” Liviya modeli” haqqında danışması səhv idi. Liviya lideri Müəmmar Qəddafi ilə nə baş verdiyinə baxın. Belə bir açıqlama vermək lazım deyildi. Bu bizi yalnız geri atdı. Bolton çox sərt oğlan idi”,-deyə Tramp jurnalistlərə bildirib.

Prezident qeyd edib ki, Kim Çen Inı Boltonla münasibət qurmaq istəmədiyi üçün günahlandırmır. Tramp əlavə edib ki, Şimali Koreya ilə danışıqların getdiyi bir vaxtda Liviya yanaşmasını təklif etmək heç də ağıllı hərəkət deyildi.

O, Boltonun istefası barədə qərarın necə verildiyini də izah edib.

“İstefa verməmişdən bir gün əvvəl gecə yanıma gəldi … mənimlə üzbəüz oturdu və mən dedim: “Con, əgər bu qədər insanla razılıq əldə edə bilmirsinizsə və bir çoxumuz, mən də daxil olmaqla, sizin taktikanızla razı deyiliksə, istərdim istefa verəsiniz”. Və o bunu etdi. Ümid edirəm ki, onda hər şey yaxşı olacaq”,-deyə Tramp vurğulayıb.

Con Bolton 2018-ci ilin mart ayında milli təhlükəsizlik müşaviri vəzifəsinə təyin edilməzdən əvvəl verdiyi bir müsahibədə qeyd etmişdi ki, Şimali Koreya ilə danışıqların yeganə variantı Liviya modelindən istifadə etməkdir.