Vilayət Eyvazov 3 rəisi vəzifəsindən azad etdi

13:01 09-09-2019 35

Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə Xaçmaz rayon polis şöbəsinin əməliyyat işləri üzrə rəis müavini Amil Tahirli sərəncama göndərilib.

Xəbər verir ki, bu barədə Unikal.org-a Xaçmaz rayon polis idarəsindən məlumat verilib.

Nazirin digər əmri ilə həmçinin, Xaçmaz RPŞ-nin Cinayət Axtarış Bölməsinin (CAB) rəisi Səxavət Abbasov və Dövlət Yol Polis Şöbəsinin rəisi Elşad Nəbiyev tutduğu vəzifələrindən kənarlaşdırılaraq sərəncama götürülüb.