Azərbaycanda sərxoş halda zorlamaların sayı artıb?!

11:37 16-08-2019 8

Azərbaycanda sərxoş vəziyyətdə törədilən cinayətlərin statistikası barədə rəqəmlər ildən-ilə dəyişir.
milletinsesi.info Dövlət Statistik Komitəsinin göstəricilərinə istinadən xəbər verir ki, Azərbaycanda sərxoş vəziyyətdə törədilən cinayətlərin sayı ən çox 1997-ci ildə qeydə alınıb.
Belə ki, bu ildə sərxoş halda 1445 cinayət törədilib. 1993-cü ildə bu rəqəm 1087, 1994-cü ildə 1200, 1995-ci ildə isə 1341 olub.
Sərxoş halda baş verən hüquq pozmaları ən az 2003-cü ildə qeydə alınıb - 466 fakt.
2015-ci ildə sərxoş halda 572 cinayətə “imza atılıb” ki, bunun da 105-i ağır və xüsusilə ağır cinayətlər kateqoriyasına daxildir.
1997-ci ildə ən yüksək rəqəm qeydə alınıb, onlardan 487-si ağır və xüsusilə ağır cinayət hesab olunub.
2016-cı ildə sərxoş halda 486 cinayət halı qeydə alınıb, bunun 93-ü ağır və xüsusilə ağır cinayətdir.
Statistik göstəricilərdə ən son tarix 2017-ci il göstərilib. 2017-ci ildə sərxoş vəziyyətdə 459 cinayət törədilib ki, bunun da 92-si ağır və xüsusilə ağır cinayətdir.
Sərxoş vəziyyətdə zorlama ilə bağlı ən böyük rəqəm 1994-cü ildə qeydə alınıb (20 belə hal). Ən kiçik rəqəm isə 2008, 2009 və 2013-cü illərə aiddir – müvafiq olaraq hər ildə cəmi iki hal.
2015-ci ildə isə bu rəqəm beş, 2016-cı ildə üç, 2017-ci ildə isə yeddiyə çatıb.
Aqşin Kərimov