Bakı, Tehran və Moskva arasında razılaşma imzalandı

15:14 14-08-2019 9

Rusiya, Azərbaycan və İran bu üç ölkənin enerji sistemləri arasında “Şimal-Cənub” enerji dəhlizinin yaradılması layihəsinin texniki-iqtisadi əsaslandırılmasının birgə hazırlanması barədə razılaşma imzalayıblar.

Xəbər verir ki, bu barədə məlumatı Rusiyanın “Sistem operatoru” şirkəti yayıb.

Məlumata görə, razılaşma 12 avqustda imzalanıb. Rusiya tərəfindən razılaşmaya “Sistem operatoru”, “Rosseti”, Azərbaycandan “Azərenerji”, İrandan isə “Tavanir” imza atıb.