İki avtobus toqquşdu: 5 yaralı - Foto

12:13 08-08-2019 19

09:55

Turizm şirkətinə məxsus avtobusla sərnişin daşıyan 525 saylı avtobusun toqquşması nəticəsində Bakı-Sumqayıt magistralında sıxlıq müşahidə edilir.

Axar.az xəbər verir ki, bu barədə məlumatı Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat katibi Nuridə Allahyarova paylaşıb. Onun sözlərinə görə, hazırda DANX-ın və DYP-nin əməkdaşları hadisə yerindədirlər.

İlkin məlumata görə, turizm şirkətinə məxsus avtobusun sürücüsü yağışlı havada sıxlıqdan çıxmağa cəhd edərək idarəetməni itirib və 525 saylı sərnişin avtobusunu çaşdırıb. Nəticədə 525 saylı avtobus tur şirkətə məxsus avtobusa çırpılıb.

Hadisə nəticəsində ölən olmayıb. Hazırda hadisə ilə bağlı yollarda sıxlıq müşahidə edilir. Avtobuslar yoldan çıxarılan kimi nəqliyyatın hərəkəti bərpa olunacaq.

Səhiyyə Nazirliyindən verilən məlumata görə, qəza nəticəsində 5 nəfər xəsarət alıb.

"Yaralılara lazımi tibbi yardımlar göstərilib və ambulator müalicəyə buraxılıblar", - nazirlikdən bildirilib.