33 PİLLƏ GERİLƏYİB AFRİKA ÖLKƏLƏRİNƏ QONŞU OLDUQ - “Səbəb nazirliyin səhv siyasətidir”

16:24 06-08-2019 18

Azərbaycanda internetin sürəti dünya üzrə orta göstəricidən də 3.5 dəfə aşağıdır

“Azərbaycan internetin sürətinə görə, 208- ölkə arasında 142-ci yeri tutub, bu da 33 pillə geriləmək deməkdir”.Bunu multimedia texnologiyaları üzrə ekspert Osman Gündüz bildirib.

O.Gündüz “Turan”a deyib ki, dünyda kifayət qədər nüfuzlu “Cable” (cable.co.uk) qurumu yüksəksürətli internetlə bağlı dünya ölkələrindəki statistikanı yenidən açıqlayıb və Azərbaycan bu statistikada bir sıra Afrika və Mərkəzi Asiya ölkələrilə qonşuluqda yer alır.: “Cable 12 ay ərzində 208 ölkə arasında (may, 2019-dək ) aparılan milyonlarla test nəticəsində toplanan materialları analiz etməklə bu statistikanı açıqlayıb.2018-ci ildə Azərbaycan 135-ci, 2017-ci ildə 102-ci yerdə olub, indi isə 142-ci yerdə qərar tutub. Bu isə o deməkdir ki, Azərbaycan İnternet sürətinə görə son bir ildə 7 pillə, son iki ildə 33 pillə geriləyib. 2019-cu ildə dünya üzrə orta sürət 11 mb/s olub. Azərbaycanda internetin sürəti dünya üzrə orta göstəricidən də 3.5 dəfə (3.1 mb/s) aşağıdır”.

osmanO. Gündüz reytinq cədvəlində subyektivlik ola biləcəyini istisna etməsə də etbarlılığını da şübhə altına almır: ” Nəticələri açıqlayan qurum kifayət qədər oturuşmuş və nüfuzlu qurumdur. Ciddi partnyorları var. Əslində mənim üçün də, elə sektorda olan çoxları üçün də bu nəticələr gözlənilən idi”.

Ekspertə görə, bunun səbəbi Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin son iki ildə yürütdüyü səhv siyasətidir ki, genişzolaqlı internetlə bağlı bütün yükü öz üzərinə götürüb, etiraf eləməkdən də çəkinmir.

“Nazirlik deyir ki, hər şeyi özü edəcək. Ona görə də bütün rabitə quyularının ağzını bərk-bərk bağlayıb və heç bir özəli Kabel-Kanal sisteminə yaxın buraxmır. Nazirlik təbii-inhisar subyekti olaraq, tənzimləyici və kommersiya səlahiyyətlərinə sahib olaraq, qanuni kommersiya səlahiyyətlərindən sui- istifadə edərək İnternet bazarında tam üstünlük əldə edib”, ekspert belə deyir.

Ekspertə görə, sektorda dövlətin xüsusi çəkisi hədsiz dərəcə yükəslib, “Azercell” dövlətləşəndən sonra nazirlik mobil internet bazarında bu qurum üçün daha üstün vəziyyət yaratmaqda maraqlıdır.

1515772824267356481_1000x669O.Gündüz deyir ki, internet bazarının 50% -ni ələ keçirən dövlət provayderləri indi yeni infrastruktur yaratmaq əvəzinə, nazirliyin tabeliyində olan dövlət operatorları gecələr özəl provayderlərin müştərilərini “oğurlamaqla” məşğuldur: “İndi mən bu statistikaya cavabdeh qurum olan NRYTN-ə sual edirəm.

Bu yuxarıdakı statistika Sizə necə təsir edir? Azərbaycanın indiki inkişaf səviyyəsinə uyğundurmu bu statistika? Əgər özəl Provayderlərə Kabel-kanal sisteminə daxil olmağa icazə versəydiz, onların da resurslarından istifadə etsəydiniz, özəllər üçün münbit şərait yaratsaydınız, regionlarda normal infrastruktur qurulsaydı, özəl backbone provaydrein 70% -lik qiymət endirimini blokadaya almasaydınız, bu nəticələr necə dəyişə bilərdi?”.