Dünyanın ən varlı cütlüyü boşandı

11:17 08-07-2019 365

Amazon şirkətinin idarəçisi Cef Bezos xanımı MakKenzi Bezosdan rəsmən boşanıb.

Publika.az xəbər verir ki, rəsmi boşanma prosedurunda Cef Bezos keçmiş arvadına 38 milyard dollar sərvət ödəyib.

Rekord boşanmanın ardından MakKenzi Amazonun dörddə bir hissəsinə sahib olub. Beləcə MakKenzi dünyanın ən varlı qadını titulunu qoruyub saxlaıb.

Keçmiş əri Cef Bezossa hələ də 115 milard dollar sərvəti ilə dünyanın ən varlı insanıdır.