Nazarbayevə dedim ki, tələsmə, onun cavabı isə... - Məsimov

11:08 08-07-2019 24

Əvvəldən Nursultan Nazarbayevin istefa qərarına qarşı olmuşam.

Xəbər verir ki, bunu Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayevə həsr edilən “Lider olmaq incəsənəti” sənədli filmində çıxışı zamanı Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin sədri Kərim Məsimov deyib.

“Mən Nazarbayevin istefası barədə istefasından iki gün öncə öyrəndim. Hesab edirdim ki, bunu etmək lazım deyil, hələ bunun üçün vaxt yetişməyib. Mən Nursultan Abişeviçə məsləhət etdim ki, tələsməsin. O isə mənə dedi ki, bir gün gec getməkdən bir gün tez getmək yaxşıdır”, - deyə o bildirib.