Mehriban xanımdan daha bir örnək: Dəfn xərci...

17:39 05-07-2019 27

Azərbaycanın birinci Prezidenti Ayaz Mütəllibovun həyat yoldaşı Ədilə Mütəllibovanın yas mərasiminin təşkilati məsələlərini Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığı ilə Heydər Əliyev Fondu öz üzərinə götürüb.

Bu barədə Fonddan məlumat verilib.

Uzun sürən xəstəlikdən sonra bu gün həyatını itirən Ə. Mütəllibovanın yas mərasimi ilə bağlı bütün xərcləri Heydər Əliyev Fondu yerinə yetirəcək.

Qeyd edək ki, Mehriban xanım Əliyevanın göstərişi ilə Heydər Əliyev Fondu Azərbaycanın ikinci Prezidenti Əbülfəz Elçibəyin az öncə dünyasını dəyişən xanımı Həlimə Əliyevanın da dəfn xərcini üzərinə götürmüşdü.