Putin jurnalistə görə iki generalı işdən çıxardı

15:48 13-06-2019 59

Rusiya Prezidenti Vladimir Putin jurnalist İvan Qolunovun işinə görə iki generalı Daxili İşlər Nazirliyi orqanlarından azad edib.

Xəbər verir ki, bu məlumatı Kremlin mətbuat xidməti yayıb. Vəzifəsindən azad edilən şəxslər Rusiya Daxili İşlər Nazirliyinin Narkotiklərin dövriyyəsinə nəzarət Baş İdarəsinin rəhbəri general-mayor Yuri Devyatkin və DİN Qərb Administrativ Dairəsinin rəhbəri generel-mayor Andrey Puçkovdur.

Qeyd edək ki, bundan öncə Rusiya Daxili İşlər naziri Vladimir Kolokolçev Qolunovu həbs edən polislərlə bağlı hüquqi tədbirlər görüləcəyini demişdi.