Bakıda daha bir yanğın

15:31 13-06-2019 71

Bakıda, Binqədi rayonunda yerləşən Xutor qəsəbəsində güclü yanğın başlayıb.

Publika.az-a istinadən xəbər verir ki, hadisə böyük bir ərazini əhatə edən otla örtülü, təkər və digər əşyaların atıldığı sahədə olub.

Fövqəladə Hallar Nazirliyinin briqadası yanğını söndürməyə çalışır.

FHN Binqədi rayonunda baş vermiş yanğınla bağlı məlumat yayıb.

"Bakı şəhərinin Binəqədi rayonunda 1 ha sahədə quru ot, kol-kos və məişət tullantıları yanıb. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb", - məlumatda qeyd olunub.