Bu şəxslər 3000 manat cərimələnəcək – Qanun

13:58 13-06-2019 81

Bu gün Milli Məclisin növbədənkənar sessiyası öz işinə başlayıb.

Xəbər verir ki, deputatların gündəliyinə 36 məsələnin müzakirəsi təqdim olunub.

Gündəlik təsdiq edildikdən sonra iclasa başlanılıb.

“Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” və “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” qanunlarda dəyişiklik edilməsi barədə layihə ikinci oxunuşda müzakirəyə çıxarılıb.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib ki, layihələr uyğunlaşma xarakteri daşıyır. Komitə sədri qanunun səsə qoyularaq qəbul edilməsini təklif edib.

Həmçinin “Hesablama Palatası haqqında” qanuna və İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər müzakirəyə çıxarılıb.

Əli Hüseynli dəyişikliklərin əsasən Maliyyə Bazarlarına Nəzarət Palatasına haqq ödəməyən bankların cərimələnməsi ilə bağlı olduğunu deyib.

İnzibati Xətalar Məcəlləsinin 471-ci (Maliyyə bazarlarına nəzarət orqanına haqların ödənilməməsi) maddəsi yeni redaksiyada verilib:

“Banklar və xarici bankların yerli filialları, bank olmayan kredit təşkilatları, sığorta bazarının peşəkar iştirakçıları, poçt rabitəsinin milli operatoru, kredit büroları, idman mərc oyunlarının operatorları, qiymətli kağızlar bazarında fəaliyyəti lisenziyalaşdırılan şəxslər və mərkəzi depozitar, lotereya təşkilatçısı, investisiya fondları və onların idarəçiləri tərəfindən qanuna uyğun olaraq müəyyən edilən məbləğdə və qaydada haqların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) ödənilməməsinə görə - vəzifəli şəxslər 1 000 manat məbləğində, hüquqi şəxslər 3 000 manat məbləğində cərimə edilir”.

Deputatlar qanun layihələrini əsas olaraq qəbul ediblər.

 

 

MM-dən təhsillə bağlı mühüm addım: Rüsumlar dəyişdi

Milli Məclis "Dövlət rüsumu haqqında” və “Təhsil haqqında" qanunlarda dəyişiklik edilməsi barədə layihəni müzakirəyə çıxarıb.

Xxəbər verir ki, qanun layihələrinə edilən dəyişikliklə özəl təhsil müəssisələrinin akkreditasiyasının keçirilməsi üçün rüsum müəyyən edilib.

Təklif olunan layihəyə əsasən, məktəbəqədər təhsil müəssisələrinin akkeditasiyası üçün dövlət rüsumunun məbləği 2000, məktəbdənkənar təhsil müəssisələri üçün 5000, orta ixtisas müəssisələri, əlavə təhsil müəssisələri və təhsil fəaliyyətini həyata keçirən digər müəssisələr üçün 12 000 manat məbləğində müəyyən edilib.

Dəyişikliklər ikinci oxunuşda səsverməyə qoyularaq qəbul edilib.

Qeyd edək ki, məktəbəqədər təhsil müəssisələrinin akkeditasiyası üçün dövlət rüsumunun məbləği 3000, məktəbdənkənar təhsil müəssisələri üçün 5000, orta ixtisas müəssisələri üçün isə 7000 min manat idi. Ötən ay Milli Məclisdə çıxışı zamanı deputat Qüdrət Həsənquliyev bu rüsumların ləğvini istəmişdi.