Qarğıdalını kərə yağı ilə yeyin

11:45 13-06-2019 21

 

Qarğıdalının faydaları saymaqla bitmir. Vitamin və minerallarla zəngin olan qarğıdalı bir çox xəstəliklər və pozulmalar zamanı faydalı sayılır.

Sağlamolun.az bildirir ki, mütəxəssislər qarğıdalını kərə yağı ilə yeməyi tövsiyə edirlər. Bu halda qarğıdalının tərkibində olan vitaminlər orqanizm tərəfindən daha yaxşı mənimsənilir.

Həmçinin kərə yağı ilə qarğıdalı qəbizlik, qaraciyər xəstəlikləri, ürək və damar xəstəlikləri zamanı faydalıdır, nefrit və podaqra zamanı ağrıları azaldır.

Qarğıdalını bişirib (bunu buxarda etmək daha yaxşı sayılır), üzərinə kərə yağı və az miqdarda duz çəkib yeyin. Həm dadlı, həm də çox faydalıdır.