Prezident: Qətlim üçün bir milyon təklif edilir

10:35 11-06-2019 420

Mənə qarşı sui-qəsd planlaşdırılır.

Axar.az xəbər verir ki, bu sözləri TV8-ə müsahibəsində Moldova Prezidenti İqor Dodon deyib.

“Məndə olan məlumata görə, ortadan qaldırılmağım üçün 1 milyon dollar təklif edilir. Əgər mənə bir şey olsa, bunun günahkarı Demokratik Partiyanın sədri Vladimir Plaxotnyukdur”, – deyə o bildirib.

O, Dövlət Mühafizə Xidmətinə güvənmədiyini də deyib.