Qəbələdə ağır qəza: ölü və yaralılar var

10:19 11-06-2019 65

Qəbələ rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

Report-un məlumatına görə, iki minik avtomobili toqquşub.

Qəza nəticəsində sürücülərdən biri hadisə yerində dünyasını dəyişib. Digər avtomobilin sürücüsü və iki sərnişin ağır xəsarət alıb.

Yaralılar Qəbələ rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Zərbənin təsirindən hər iki avtomobil yararsız hala düşüb

Faktla bağlı araşdırma aparılır.