Fuad Abbasovun deportasiyası ilə bağlı rus səfirdən - Açıqlama

13:27 10-06-2019 19

Fuad Abbasovun hansı media qurumunu təmsil etdiyini bilmirəm. Mən bu məsələyə azərbaycanlı jurnalistin yox, Azərbaycan vətəndaşının məsələsi kimi baxıram.

APA-nın xəbərinə görə bunu Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov mətbuat konfransında bildirib. O qeyd edib ki, Rusiya tərəfinin məlumatına görə, F. Abbasov Rusiyada qalma müddəti başa çatdıqdan sonra lazımi qurumları məlumatlandırmayıb:

"Bu da kobud qanun pozuntusudur. Başqa ölkələrdə qanunsuz qalan şəxslərin deportasiyası nadir hal deyil. Bu sadəcə olaraq mətbuatın diqqətini cəlb edib”.