AZAL-ın “uçan” və dodaq uçuqladan qiymətləri: - “Dünyanın ən baha aviaşirkəti adını özündə saxlayır”

12:21 10-06-2019 27

Son zamanlar ölkəmizə səfər edən turistlər Gürcüstanın Tbilisi və Kutaisi şəhərlərinə təyyarə ilə gələrək, oradan da Bakıya avtobusla gəlirlər. Səbəb isə Bakıya AZAL (“Azərbaycan Hava Yolları”) biletlərinin baha olmasıdır.

Görəsən, turizm mövsümündə bu qiymətləri monopoliyadan çıxarmaq mümkün deyilmi?

Məsələ ilə bağlı Cebhe.info-ya açıqlama verən iqtisadçı-ekspert Elçin Bayramlı bildirib ki, aviabiletlərin qiymətlərində azalma müşahidə olunmayacaq:

“AZAL mövcud olduğu müddətcə bu qiymətləri monopoliyadan çıxarmaq mümkün deyil və mümkün olmayacaq. Bunun yeganə səbəbi AZAL-a heç kimin bata bilməməsidir. AZAL dünyanın ən baha aviaşirkəti adını özündə saxlayır. İllərdir bununla bağlı yazılır, iradlar bildirilir, hər yerdə biyabr oluruq, amma bu onlar üçün əhəmiyyətli deyil. Bunlar bir monopoliya yaradıb, imkan vermirlər ki, bazara başqa şirkətlər daxil olsun. Düzdür Azərbaycanda bir neçə şirkət mövcuddur, lakin onlar da elə bir vəziyyət yaradılıb ki, AZAL-dan çox fərqlənmirlər.

AZAL Azərbaycan turizminə ən ağır zərbəni vurur. Ölkə əhalisinin imkanlarından dəfələrlə artıq qiymət təyin edir. Buna görə də insanlar gedib başqa ölkələrdən hava yolları vasitəsilə səyahət edirlər. Bunun üçün tutarlı səbəb də göstərmirlər ki, bir haqq qazandırmaq mümkün olsun. Konkret olaraq “biz beləyik” deyirlər və bu özbaşınalıqdır. Buna görə də turistlər Gürcüstan vasitəsilə gəlib-gedirlər.

 

http://mozalan.az/