Neft qiymətlərində bahalaşma başladı

11:03 10-06-2019 19

Dünya birjalarında neft qiymətlərində bahalaşma müşahidə olunur.

Xəbər verir ki, hazırda “Brent” markalı neftin bir barreli daha 0,33 dollar qalxaraq, 63,62 dollar olub. Yüngül neftin bir barreli isə 54,29 dollaradır.

Qeyd edək ki, “Brent” ötən həftəni 62,52 dollarla başa vurmuşdu.