Türkiyədən Qazaxıstandakı seçki ilə bağlı - Açıqlama

11:02 10-06-2019 20

Qazaxıstanda keçirilən prezident seçkisinin uğurla başa çatmasından məmnun qaldığımızı bildiririk.

Xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin yaydığı açıqlamada qeyd edilib.

"Tarixi əlaqələrimiz olan Qazaxıstanın rifahına və buradakı sabitliyə böyük önəm veririk. Seçkinin nəticəsinin Qazaxıstan üçün xeyirli olmasını diləyirik.

Strateji tərəfdaşımız olan Qazaxıstanla əlaqələrimizin inkişafına çalışacağıq", - açıqlamada bildirilib.

Qeyd edək ki, ekzit-pollun məlumatına görə, Qazaxıstanın hazırki prezidenti Qasım-Jomart Tokayev 69,94 faiz səslə bu gün keçirilən növbədənkənar prezident seçkilərinin qalibi olub.