Millətlər Liqasının qalibi bu ölkə oldu - İlk dəfə

10:57 10-06-2019 19

Bu gün UEFA Millətlər Liqasının qalibi müəyyənləşəcək.

Xəbər verir ki, final matçında Portuqaliya və Hollandiya milliləri üz-üzə gələcək.

Görüş Bakı vaxtı ilə 22:45-də başlayacaq.

Günün digər matçında üçüncü yer uğrunda İsveçrə və İngiltərə milliləri qarşılaşır. Hazırda oyunda əlavə vaxt oynanılır və hesab açılmayıb.

***

Oyunda əlavə vaxtda da qol olmayıb və komandalar qalibi müəyyən etmək üçün 11 metrlik cərimə zərbələri vurublar. Burada daha dəqiq olan İngiltərə millisi üçüncü yeri tutub.

***

Portuqaliya Hollandiyanı Quedeşin qolu ilə 1-0 məğlub edərək, ilk dəfə keçirilən Millətlər Liqasının qalibi olub.