Əli Kərimin oğlu Türkiyəyə 3 qızıl qazandırdı: bizdə isə…

11:17 07-06-2019 65

Fizika üzrə Avropa Olimpiadasında Türkiyə tələbələri 35 ölkə arasında 3 qızıl, 2 gümüş medal qazanıb. Bu tələbələrin qalibiyyətlərinin səbəbi isə müəllimləri Azər Kərimovdur.

Axar.az xəbər verir ki, bu barədə məlumatı təhsil eksperti Etibar Əliyev paylaşıb.

O bildirib ki, tələbələrin qalib gəlməsində azərbaycanlı müəllimlərinin müstəsna rolu var:

“1-ci yeri (qızıl medal) Yunus Əmrə Parmaksız, Alkın Kaz və Abdurrahman Hadi Ərtürk, gümüş medal isə Kutay Akın və Bayram Alp Şahin adlı tələbələr qazanıb. Ümumilikdə 3 qızıl, 2 gümüş medal. Qardaş Türkiyə xalqını təbrik edirəm və Türkiyədə şagirdlərin Olimpiada bilik yarışlarına hazırlanmasında müstəsna rolu olan həmvətənimiz Azər Kərimovun (mərhum şair Əli Kərimin oğlu) rolunu xüsusilə qeyd etmək istəyirəm.

Təhsil ekspertimiz Kamran Əsədov demişkən, görəsən bizim fiziklər niyə yoxdur?”

E.Əliyev bildirib ki, sözügedən Olimpiadada erməni uşaqları 2 fəxri diplom (28-ci yer) alıb. Bizim isə siyahıda ümumiyyətlə adımız olmayıb.