GMO xalqımızın
genefondunu məhv edir

18:16 17-05-2019 29

Eyyub Hüseynov: "Ölkəmizdə GMO lobbiçiliyini aparan qüvvələr var"

 Bazarlarda göz oxşayan adama gəl-gəl deyən alyanaq meyvələrin xalqımızın genefonduna vurduğu zərbədən xəbərimiz olsaydı yəqin ki, hər nə qədər gözəl olsalar da onlara qarşı münasibətimiz köklü surətdə dəyişərdi. Hər gün hamımızın alaraq evə daşıdığımız ideal gözəlliyə malik GMO (Geni Modifikasiya (dəyişdirilmiş) olunmuş Orqanlar) qidaları millətin geninə yerləşdirilən minalardır.

GMO genetika mühəndisliyi metodları istifadə olunaraq genetik materiyalı dəyişdirilmiş orqanizmlərə verilən addır. Bəzi qaynaqlarda GDO (Genetikası Dəyişdirilmiş Orqanizm) də adlandırılır. GMO-lar qida, dərman istehsalında və elmi tədqiqatlarda geniş istifadə olunmaqdadır. Dünyada xüsusilə GMO istifadə olunaraq istehsal olunan qidaya yanaşma birmənalı deyil. GMO-nun ətraf mühitə, insan sağlamlığına və iqtisadiyyata potensial zərərləri haqqında qızğın müzakirələr getməkdədir.

Transgen orqanizm GMO-nun bir növü olub, tamamilə başqa bioloji növlərdən gen və ya genlərin köçürülməsi yolu ilə əldə olunmuş orqanizmlərdir. GMO canlının öz DNT-sində dəyişikliklər əmələ gətirmək yolu ilə də əldə edilə bilir. Bu GMO-nun ən zərtərsiz növüdür.

GMO yaradılarkən alimlərin qarşısında iki hədəf olub - uzun müddət saxlanması təmin edilsin və vitrinlərdə gözəlliyi ilə cəlbediciliyə malik olsun. Hər iki hədəf tam olaraq ram edilsə də, belə qida təbii analoqundakı vitaminlərlə nəyinki zəngin deyil, ümumiyyətlə o vitaminlər GMO-da yoxdur.

Bunun nəticəsidir ki, GMO məsullarının geniş istifadə edildiyi ölkələrdə insanların qida rasionunda vitamin qıtlığı yaranır ki, bu da əhali arasında geniş spektrlı xəstəliklərin, o cümlədən də bədxassəli şişlərin yayılmasına səbəb olur. Çox təəssüflər olsun ki, Azərbaycan da bu sıradan ölan ölkələrin siyahısına daxildir. Artıq ölkəmizdə GMO fəsadları ortadadır. Bunu görmək üçün sadəcə ölkənin xəstəxanalarına baş çəkmək kifayətdir. Milli Onkologiya Mərkəzində artıq çarpayılar azlıq edir, yeni onkoloji xəstəliklər xəstəxanalarına ehtiyac var.

Bununla yanaşı, mütəxəssislərin fikrincə, bir sıra GMO məhsullarının alınmasında sıçan, vəhşi donuz və digər yırtıcı və gəmrici heyvanların genindən istifadə edilir ki, həmin qidalardan istifadə edən insanların əsəb-sinir sistemində və psixalogiyasında ciddi dəyşikliklər yaranır. Bu isə öz növbəsində sözügedən tipdən olan xəstəliklərin yayılmasına səbəb olur. Hətta, holland alimlərinin araşdırmasına görə, GMO qidasının mənşəyi olan heyvanlara xarakterik olan şiddətin (aqressiya) və digər heyvani genetik xüsusiyyətlərin insana ötürülməsi mümkündür.

Hətta, bu qəbildən olan məhsulların becərilməsi və onların tullantısı belə ətraf mühitə mənfi təsir göstərə bilir. Ona görə də dünyanın bütün inkişaf etmiş ölkələrində GMO məhsullarından istifadəyə qadağa qoyulub, hökumətlər onun istehsalı və satışına qarşı ciddi mübarizə aparır. Lakin bu gün üçüncü dünya ölkələri adlandırılan geridə qalmış ölkələrin bazarları GMO poliqonuna çevrilib. O cümlədən, ölkəmizdə də vəziyyət ürəkaçan deyil.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov müxbirimizlə bu barədə söhbəti zamanı deyib ki, GMO-nun idxalı, əkilməsi və becərilməsinə qarşı mübraizədə Azərbaycan beynəlxalq konvensiyalara qoşulub, o cümlədən də 153 ölkənin qoşulduğu «Kartagen Protokolu»nu ratifikasiya edib.

Prezident belə məhsulların qarşısının alınması məqsədi ilə bir sıra fərmanlar imzalayıb: "Lakin çox təəssüflər olsun ki, ölkəmizdə GMO-nun lobbiçiliyini aparan, onun ölkəmizə gətrilməsi və becərilməsinə tərəfdar olan qüvvələr var. Çox təəssüflər olsun ki, bunu mən Qida Təhlükəsizliyi Agentliyinin siyasətində də görürəm. Azərbaycanda GMO-nu müəyyənləşdirə bilən üç laboratoriya var.

Dörd il əvvəl Brazilyadan altı GMO məhsul alıb gətirdim. Onları anonim qablara tökərək həmin laboratoryalara verdim. Gömruk laboratoriyası bildirdi ki, bu məhsulda GMO yoxdur,  Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində isə GMO olduğunu təsdiqlədilər. Bununla müəyyənləşdirdim ki, ölkədə olan azsaylı laboratoriyalar belə dəqiq işləmir. Həmin sənədlər indi də məndə qalır. Göm-rükdə rəsmi olaraq GMO olduğu üzərində yazılan məhsulu təsdiqləmədilər. Deməli, onlar idxal edilən məhsullar içərisində GMO-nu ayırd edə bilmirlər.

Respublikamızda GMO əkinçilik, toxumçuluq və idxal sahələrində var. Türkiyədən saxta sertifikatla GMO toxumlar gətirilir və becərilir. Hazırda brolyerlərimiz də GMO soyanın jımıxları ilə yemlənir. Azərbaycan GMO-ya qarşı mübarizə konvensiyalarına qoşulsa da, ölkə daxilində ona qarşı mübarizə aparılmır, insanlar isə bunu fərdi şəkildə müəyyənləşdirə bilməzlər".

Eyyub Hüseynov  onu da qeyd etdi ki, ölkədə qida təhlükəsizliyinə dair real mənzərəni üzə çıxartmaq istəyiriksə, mütləq müstəqil laboratoriyalar fəaliyyət göstərməlidir, hökumət fikrində səmimidirsə, hazırda fəaliyyət göstərən laboratoriyaların birini versin ictimayi təşkilatlara.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 8 yanvar tarixli 5 nömrəli qərarı ilə "Ekoloji təmiz kənd təsərrüfatı məhsulları" haqqında qanun qəbul edilib. Həmin qanunun 2.1 maddəsinə əsasən GMO-lu məhsullarının istehsalı və satışı qadağandır.

Təəssüflə qeyd etməliyik ki, hal-hazırda ölkə vətəndaşlarının sağlamlığı GMO təhlükəsi altındadır, heç bir vətəndaş onun zərərindən sığortalanmayıb. Çünki Azərbaycanda GMO məhsullarının üzərində heç bir tanınma nişanı yoxdur. Zatən heç vətəndaşlar da bunun fərqində deyillər. Ona görə ki, GMO məhsullarını qida kimi qəbul etdikdə dərhal təsir etmir. O üzdən də sağlamlığımızı baltalayan GMO qidalarını sevə-sevə alırıq, ailə-uşaqlarımızı onunla qidalandırırıq.

Mütəxəssislər GMO qidalarından qorunmaq üçün bir üsul təklif edirlər. Belə ki, görkəmi gözəl olan, mövsümü olmayan, təbii analoqundan böyük olan meyvələrdən uzaq dürmaq tövsiyyə olunur. Hətta, almısınızsa da, özü gözəl, lakin dadı təbii analoqunun dadını verməyən meyvələri yemək məsləhət deyil.

Bir məqamı da qeyd edək ki, bəzi qənaətcil vətəndaşlarımız bazara günün sonunda gedir ki, ucuz meyvə alsın. Lakin GMO meyvələrin qiymətini satıcılar heç vaxt ucuzlaşdırmır, çünki onlar uzun müddət qala bilir. O üzdən də axşam bazarlarında GMO-nun qiyməti endirilmir.

 

Akif Nəsirli