Prezident bununla bir daha sübut etdi ki... – Millət vəkili

17:35 17-05-2019 102

Ölkə başçısı Brüsseldə Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Donald Tusk tərəfindən yüksək səviyyədə qarşılanıb.

Bu sözləri açıqlamasında millət vəkili Azər Badamov Prezident İlham Əliyevin Brüssel səfərini şərh edərkən deyib. O, “Şərq Tərəfdaşlığ”ı sammitinin Azərbaycan üçün önəmindən danışıb:

“Bu gün Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr çox yüksək səviyyədə inkişaf edir. Sammit çərivəsində Azərbaycan-Aİ arasında tərəfdaşlıq sənədi imzalanıb. Bu sənədə uyğun olaraq ələqələrin perspektivi daha da genişlənib. “Şərq Tərəfdaşlığı” sammiti çərçivəsində dövlət başçımız bir sıra görüşlər keçirib. Avropa İttifaqı Şurasının Prezidenti Donald Tusk Azərbaycan Prezidenti cənab İlham Əliyevlə görüşərək Azərbaycanı Avropa İttifaqının etibarlı, məsuliyyətli tərəfdaş kimi qiymətləndirib, ölkəmizin regionda oynadığı rolun qurum tərəfindən müsbət qiymətləndirildiyini vurğulayıb. Məhz Donald Tuskun Azərbaycanla bağlı söylədikləri ölkəmizin sammitdə iştirakının vacibliyini və əlaqələrin möhkəmliyini bir daha sübut edir.

Səfər çərçivəsində ölkə başçısı da çıxış edərək Aİ ilə əlaqələrin Azərbaycanın xarici siyasətinin prioritetlərindən biri olduğunu söyləyib. Cənab prezident ölkəmizin Aİ ilə bir çox sahələrdə qarşılıqlı faydalı əməkdaşlıq qurduğunu, bu əlaqələrin özünü daha qabarıq şəkildə enerji sahəsində əməkdaşlıqda büruzə verdiyini bildirib”.

Millət vəkili sammitin sonunda imzalanan Tərəfdaşlıq prioritetləri adlı yekun sənəddə Azərbaycanın maraqlarının tam əhatəli şəkildə əks olunduğunu söyləyib:

“Sənəddə Aİ Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə öz dəstəyini açıq şəkildə ifadə edib. Yekun sənəd qısa məzmunda imzalanıb. Sənədin tərkibinə diqqətlə nəzər yetirsək, görərik ki, bu sənəd ondan əvvəlki imzalanmış sənədlərin əsasında hazırlanıb. Əvvəl imzalanmış sənədlərin hamısında Azərbaycanın ərazi bütövlüyü dəstəklənib. Ərazi bütövlüyünün dəstəklənməsi təkcə Azərbaycanın maraqlarına uyğun gəlmir. Bu məqam həm “Şərq Tərəfdaşlığı” sammitində iştirak edən iştirak edən dövlətlər Gürcüstanın və ya ayrı-ayrı ölkələr üçün, həm də Aİ-nin özü üçün də ərazi bütövlüyünün təmin olunması, separatçılara qarşı mübarizənin ümumi şəkildə aparılması vacib bir məsələdir. Çünki Makedoniyada baş verən hadisələr Avopanı bir daha ayıltdı və göstərdi ki, separatizmin dəstəklənməsi ölkələrin ərazi bütövlüyünə təhlükədir”.

Qeyd edək ki, Prezident İlham Əliyev və Azərbaycanın nümayəndə heyəti mayın 13-də Brüsseldə Şərq Tərəfdaşlığının 10 illiyinə həsr edilmiş görüşdə iştirak edib.