Paşinyan Peterburqa Putinlə görüşə gedir

17:01 17-05-2019 23

Ermənistan Baş naziri Nikol Paşinyan Rusiyaya səfər edəcək.

Axar.az xəbər verir ki, bunu Paşinyan rusiyalı jurnalistlərlə görüşü zamanı deyib.

O, iyunda keçiriləcək Peterburq Beynəlxalq İqtisadiyyat Forumuna qatılmaq üçün Rusiyaya gedəcəyini bildirib. Paşinyan səfər çərçivəsində Rusiya Prezidenti Vladimir Putinlə görüşəcəyini deyib.