“Özümüzdən böyük sözümüz” təqdim ediləcək - Tarix

13:24 17-05-2019 26

Mayın 23-də Xalq şairi Sabir Rüstəmxanlının “Özümüzdən böyük sözümüz” adlı kitabının tanıtım və təqdimat mərasimi keçiriləcək.

Kult.az xəbər verir ki, bu barədə məlumatı S.Rustəmxanlı paylaşıb. O bildirib ki, mərasim Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda baş tutacaq:

“Mayın 23-ü saat 14.00-da Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda "Özümüzdən böyük sözümüz" adlı ədəbi düşüncələr kitabımın tanıtım- təqdimat məclisi olacaq. Kitabda dil, ədəbiyyat, cəmiyyət problemlərinə həsr olunmuş yazılarım, müxtəlif nəsillərdən olan qələm sahibləri haqqında portret oçerklərim toplanıb. Kitabı əldə etmək istəyənlər “Qanun” nəşriyyatına və ya Vətəndaş Həmrəyliyi Partiyasının qərərgahına müraciət edə bilərlər”.