Lavrov Maasla görüşəcək – İrana görə

11:33 17-05-2019 19

Rusiya Xarici İşlər naziri Sergey Lavrov Almaniya Xarici İşlər naziri Hayko Maasla Helsinkidə görüşəcək.

Axar.az xəbər verir ki, bu məlumatı Almaniya mətbuatı yayıb. Görüşdə əsas müzakirə mövzusunun Yaxın Şərqdəki vəziyyət, eləcə də Ukrayna məsələsinin olacağı vurğulanıb. Tərəflərin həmçinin Rusiyanın Avropa Şurası üzvlüyü məsələsini müzakirə edəcəkləri bildirilib.