“Keşlə” 13 futbolçu ilə yollarını ayırdı

15:39 16-05-2019 82

"Keşlə" klubu 13 futbolçu ilə yollarını ayırıb.

Klubdan Axar.az-a verilən məlumata görə, bunlar Davud Kərimi, Kamran Ağayev, Seymur Əsədov, Ruslan Nəsirli, Fuad Bayramov, Amil Yunanov, Edvinas Girdvainis, Denis Silva Kruz, Nikola Mitroviç, Conatan Ayite, Andre Klennon, Valeri Kutsenko və Angelo Penadır.

Paytaxt klubu hər bir oyunçuya gələcək karyerasında uğurlar arzulayıb.