Futbolçumuzun evindən 5 min dollar oğurlandı

11:30 16-05-2019 20

Bakıda futbolçunun evindən oğurluq olub.

Report xəbər verir ki, “Qəbələ” futbol klubunun qapıçısı Dmitri Bezotosnının yaşadığı mənzildən 5 min ABŞ dolları oğurlanıb.

Polisin araşdırması nəticəsində oğurluqda şübhəli bilinən N.M. saxlanılıb. Həmin qadın futbolçunun uşaqlarının dayəsi olub.