Bakıda bu obyektlərin qiyməti artacaq

11:02 15-05-2019 81

2019-cu ilin may-avqust aylarında Bakıda kommersiya obyektlərinin qiyməti artacaq.

Bunu Trend-ə daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov deyib.

Onun sözlərinə görə, artım təxminən 2-3 faiz təşkil edəcək:

“Gələn ay Bakıda kommersiya obyektləri 1,5 faiz bahalaşacaq, növbəti aylarda artım dinamikası qorunacaq. Bu ilin may-avqust aylarında kommersiya obyektlərinin icarəsi də 1,5 faiz bahalaşacaq”.

N.İbrahimov əlavə edib ki, kommersiya obyektlərinin ucuzlaşması payız aylarında gözlənilir, ilin sonuna yaxın isə yenidən artım müşahidə olunacaq.