Liviya tayfaları Haftarın tərəfinə keçdi

11:33 14-05-2019 19

Liviya parlamenti və Liviya tayfalarının əksəriyyəti Liviya Milli Ordusunun rəhbəri Xəlifə Haftarın Tripolinin ələ keçirilməsi əməliyyatını dəstəkləyib.

Axar.az xəbər verir ki, bunu “RİA Novosti” agentliyinə müsahibəsində Liviya Nümayəndələr Palatasının rəhbəri Aqil Saleh deyib. O, Liviya tayfalarının Haftara dəstəyi aprelin 27-də Əl Kubba şəhərində verdiyini bildirib.

Saleh Haftarın yanında şərqi, cənubi və qərbi Liviya tayfalarının yer aldığını bildirib.