Ənvər Seyidovun hakimlik fəaliyyətinə xitam verildi

17:44 13-05-2019 79

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Ənvər Seyidovun hakimlik fəaliyyətinə xitam verilib.

Unikal.org xəbər verir ki, Ə.Seyidov yaş həddi ilə əlaqədar (martda 70 yaşı tamam olub-red.) təqaüdə göndərilib.

Ə.Seyidov Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi idi. Bundan öncə o, Zaqatala və Cəlilabad rayon məhkəmələrinin hakimi olub. Ardınca Cəlilabad Rayon Məhkəməsinə sədrlik edib.

1994-1999-cu illərdə həm də Mərkəzi Seçki Komissiyasının təftiş qrupunun rəhbəri olub