Bakının “qaydasız” sürücüləri - VİDEO

15:32 14-02-2020 80

Bakıda bir neçə sürücünün yol-hərəkət qaydalarını kobud şəkildə pozmasının görüntüləri yayılıb. 

milletinsesi.info xəbər verir ki, sosial şəbəkədə yayılan görüntülər günün müxtəlif vaxtlarında şəhərin ayrı-ayrı əraziələrində çəkilib. 

Birinci videoda digər sürücülərin tıxacda gözləməsinə baxmayaraq, 90-MV-149 dövlət nömrə nişanlı, “Mercedes” markalı avtomobil 1.3 üfüqi nişanlama xəttinin tələblərini pozaraq, qarşı yola çıxıb və qarşıdan gələn nəqliyyat vasitələri üçün təhlükə yaradıb.

İkinci video sutkanın qaranlıq vaxtı çəkilib. “Opel” markalı avtomobilin sürücüsü nəqliyyat vasitəsini dar küçədə əks istiqamətdə və ikinci zolaqda saxlayıb. Bu, öz yolu ilə hərəkət edən avtomobillərin hərəkətinə mane olub. 

Sonuncu görüntülərdə isə “Toyota Prado” markalı avtomobilin işıqforun qırmızı işığında qarşı yola çıxması əks olunub. İşıqforun yaşıl işığı yanar-yanmaz sürücü qarşıdakı avtomobilləri buraxmalı olduğu halda, buna əməl etməyib və sola dönmə əməliyyatını yerinə yetirib.