Məzahir Pənahovdan sərt açıqlama: “ Bəzi şəxslər məntəqənin fəaliyyətini iflic halına gətirir”

19:00 13-02-2020 45

“Sosial media bizim ən etibarlı köməkçimizdir”. milletinsesi.info xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.

MSK sədri bildirib ki, sosial şəbəkələrdə qayda pozuntuları olan məntəqələrlə bağlı görüntülər yayılıb: “Biz o məntəqələrlə ciddi işləməliyik. Bəzi şəxslər məntəqənin fəaliyyətini iflic halına gətirir. O məntəqələr cəzalanmağa layiqdir”.

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib ki, biz çox vaxt itirməməliyik. O bildirib ki, insanlar yerlərdə müşahidə etdiyi məlumatları sosial şəbəkələrə yerləşidirirlər: “Biz bunu edənlərə minnətdarlığımızı bildiririk. Çünki onların yerləşdirdikləri videolarlala bağlı araşdırmalar aparırırıq. Ancaq bundan da sui-istifadə edənlər var".

Onun sözlərinə görə, araşdırmalarda sosial şəbəkələrin böyük rolu var: “Komissiya nədənsə şübhələnirsə, onu çox ciddi şəkildə araşdırır.  Məntəqələrdə çəkilişin aparılıb-aparılmaması MSK-nın səlahiyyətində deyil."

O qeyd edib ki, MSK adından sui-istifadə edirlər: “Harada yazılıb ki, məntəqədə çəkiliş aparıla bilər və ya yox? Müşahidəçinin məntəqələrdə qeyd etmək hüququ var”, - deyə o əlavə edib. 

Bundan başqa, iclasda qərara əsasən, 81 saylı Beyləqan seçki dairəsi (lider namizəd Şahin İsmayılov),10 saylı Binəqədi Üçüncü (lider namizəd Madər Musayev), 15 saylı Yasamal Birinci (lider namizəd Ülvi Quliyev), 28 saylı Sabunçu Üçüncü (lider namizəd Eldar Quliyev), 45 saylı Abşeron (lider namizəd Oqtay Əsədov), 50 saylı Abşeron-Qobustan (lider namizəd Şahin Seyidzadə), 60 saylı Salyan-Neftçala (lider namizəd Fəzail Ağamalı), 67 saylı Cəlilabad Şəhər (lider namizəd Malik Həsənov) 79 saylı İmişli (lider namizəd Razi Nurullayev), 90 saylı Ağdaş (lider namizəd Cavid Osmanov), 92 saylı Zərdab- Ucar (Jalə Əliyev), 109 saylı Balakən (Nəsib Məhəmməliyev), 124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd (lider namizəd Elman Məmmədov) və 125 saylı Zəngilan-Qubadlı (lider namizəd İmamverdi İsmayılov) Seçki dairələri üzrə müraciətlər prosedura uyğun olaraq müvafiq dairə seçki komissiyalarına göndərilib.