Məzahir Pənahovdan sərt açıqlama: “O məntəqələr cəzalanmağa layiqdir”

17:40 13-02-2020 50

“Sosial media bizim ən etibarlı köməkçimizdir”. 

milletinsesi.info xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.

MSK sədri bildirib ki, sosial şəbəkələrdə qayda pozuntuları olan məntəqələrlə bağlı görüntülər yayılıb:

“Biz o məntəqələrlə ciddi işləməliyik. Bəzi şəxslər məntəqənin fəaliyyətini iflic halına gətirir. O məntəqələr cəzalanmağa layiqdir”.