İsa Həbibbəylinin qardaşlarına məxsus şirkətlər hansılardır?!

15:20 11-02-2020 90

Araşdırmaçı jurnalist Cavanşir Həsənli deputat İsa Həbibbəylinin qardaşlarının daha bir neçə şirkətini üzə çıxarıb.

O bildirib ki, YAP-ın vahid namizəd siyahısı ilə 2 saylı Şərur Seçki dairəsindən 86.3 % səslə qalib elan olunan İsa Həbibbəyli Əkbər oğlunun qardaşlarına məxsus şirkətlər:

1. "AVTO" MÜƏSSİSƏSİ (VOEN 1400127451) 1996-cı il iyunun 11-də qeydiyyatdan keçib. Təsisçisi və qanuni təmsilçisi İsa Həbibbəylinin qardaşı Səməd Əkbər oğlu Həbibbəylidir. Hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Abdulvahab Salamzadə küçəsi, ev 10-dur.

2. BOLLUQ-99 KƏNDLİ FERMER TƏSƏRRÜFATI (VOEN 0700185691) 28 dekabr 1999-cu ildə qeydiyyata alınıb. Hüquqi ünvanı Şərur rayonu, Xanlıqlar kəndidir. Təsisçisi və qanuni təmsiçisi İsa Həbibbəylinin qardaşı Həbib Əkbər oğlu Həbibbəylidir.

3. "GƏMİQAYA-XXI" FİRMASI 05 iyul 2000-ci ildə İsa Həbibbəylinin qardaşı Yaqub Əkbər oğlu Həbibbəylinin adına qeydiyyatdan keçib.

4. SÜHA" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ 27 fevral 2008-ci ildə qeydiyyatdan keçib, hüquqi ünvanı Bakı şəhəri, Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsi ev 44, mənzil 35, qanuni təmsilçisi Əli Əkbər oğlu Həbibbəylidir.

5. "SÜRMELİ İNŞAAT SANAYİİ VE TİCARET LİMİTED" ŞİRKƏTİNİN BAKI FİLİALI Əli Həbibbəyliyə məxsus "Süha" MMC ilə etni ünvanda qeydiyyatdadır. Qanuni təmsilçisi Mehmet Sürmeli Kiyasdır. Şirkət Türkiyədə, Malatya şəhərində inşaat sektorunda fəaliyyət göstərir.

6. ŞƏRUR-2006 MƏHDUD MƏHSULİYYƏTLİ 2006-cı ilin iyunun 1-də 141500.00 manat nizamnamə kapitalı ilə qeydiyyatdan keçib. Təsisçisi və qanuni təmsilçisi Əli Əkbər oğlu Həbibbəylidir. Hüquqi ünvanı Şərur rayonu, Danyeri kəndidir.

Xatırlatmaq istərdim ki, İsa Həbibbəylinin oğlu Ərəstü Həbiblənin də şirkəti var. Onun təsis etdiyi ARASTU ALÜMİNYUM SANAYİ VE DIŞ TİCARET LİMİTED ŞİRKETİ 2017-ci il iyulun 5-də İstanbul Ticarət Odasında qeydiyyatdan keçib. Şirkət üzərindən deputatın oğlunun Türkiyədə alüminium profillər istehsal edən fabriki var.
Komitə sədrinin digər oğlu Səhət Həbibyli bu yaxınlarda Naxçıvan MR-in Gömrük Komitəsinin rəhbəri təyin olunub. İsa Həbibbəyli Milli Məclisin III və IV-cü çağırış deputatı olub, AMEA-nın vitse-prezidentidir.

Müəllif Cavanşir Həsənli

P.S. Yazıdakı faktları dəqiqləşdirmək üçün İsa Həbibbəyli və onun qardaşları ilə əlaqə yaratmaq cəhdlərimiz alınmadı. Qarşı tərəf kimi adları çəkilən şəxslərində münasibətin ictimailəşdirməyə hazırıq.

isa hebib1isa hebib2isa hebib3

 

isa hebib4

isa hebib5