Binə qəsəbəsində yaşayan sakinlər: “Yollara baxan yoxdur” - FOTO/VİDEO

15:09 11-02-2020 90

Xəzər rayonunun Binə qəsəbəsində yaşayan sakinlər yollarının pis vəziyyətdə olmasından şikayət edirlər.

Bununla bağlı sakinlər milletinsesi.info-a foto və video materiallar göndərib.

Onların sözlərinə görə, görüntülər rayonun Binə qəsəbəsi ərazisindəki yollarda çəkilib:

“Bu ərazi “Sovxoz” yolunun yaxınlığında yerləşir. Yollarda hərəkət edə bilmirik. Ərazi daha çox “türmənin arxası” kimi tanınır. Əvvəl bu ərazidə yolun yarısı afalt olduğu üçün bu qədər bərbad vəziyyətdə deyildi. Yayda yolda qazıntı işləri aparılıb. Lakin qazıntıdan sonra yol təmir edilməyib. Əziyyətini isə biz çəkirik”.