Rivaldo həmyerlisini dəstəklədi: Messini o əvəz edə bilər

11:52 08-02-2020 95

“Barselona”nın keçmiş yarımmüdafiəçisi Rivaldo katalon klubunun heyətində Lionel Messini kimin əvəz edə biləcəyini açıqlayıb.

Bu barədə “Goal” nəşri yazıb.

Komandanın keçmiş oyunçusunun fikrincə, Messini Rivaldonun həmyerlisi PSJ-də forma geyinən Neymar əvəzləyə bilər.

“Klub zərurət olan halda Messiyə kömək edəcək və onu əvəzləyəcək birini tapmalıdır. Neymar məhz bu cür oyunçudur”, - deyə Rivaldo bildirib.