Ələşrəfqızı Aqiyə Naxçıvanlıdan MSK-ya şikayət etdi

17:52 07-02-2020 65

MSK-nın bu gün keçirilən iclasında 117 saylı Oğuz-Qəbələ seçki dairəsi üzrə namizəd, əməkdar jurnalist Ləman Ələşrəfqızının şikayətinə baxılıb.

Məlumatına görə, MSK üzvü İlham Məmmədov bildirib ki, L.Ələşrəfqızı həmin dairə üzrə namizəd Aqiyə Naxçıvanlıdan şikayət edib.

L.Ələşrəfqızı öz şikayətində bildirib ki, A.Naxçıvanlı bir seçicinin övladının təhsil haqqını ödəməyə köməklik edib. Belə ki, o, bir seçicinin təhsil haqqının 1200 manatlıq hissəsinin 600 manatını ödəyib. Həmçinin, A.Naxçıvanlı xəstəliyi olan bir seçicinin müalicə xərclərini də verib. Bundan əlavə, L.Ələşrəfqızı seçkiqabağı təbliğat-təşviqat kampaniyasında Oğuz Rayon İcra Hakimiyyəti əməkdaşlarının iştirak etdiyindən şikayətlənib.

İlham Məmədov bildirib ki, aparılan araşdırma zamanı A.Naxçıvanlının seçkiqabağı təbliğat-təşviqatda qanunsuzluğa yol verdiyi barədə iddialar öz təsdiqini tapmayıb. Buna görə də L.Ələşrəfqıznın şikayəti təmin olunmayıb.