Fəzail Ağamalının görüşündə daha bir şok - Video

15:40 07-02-2020 175
Salyan-Neftçala seçki dairəsindən deputatlığa namizədlər AVP sədri Fəzail Ağamalı ilə qazi Kamil Müsəvi arasında gərginlik yaranıb. Bu barədə videogörüntü sosial şəbəkədə paylaşılıb.

Videodan görünür ki, bir qrup insan seçicilərlə görüşdən çıxan Fəzail Ağamalıya etiraz edib. Rəqibi Kamil Müsəvi isə Fəzail Ağamalıdan ərazini dərhal tərk etməsini tələb edib. Yaranmış vəziyyət Ağamalının avtomobilinə minərək ərazidən uzaqlaşması ilə nəticələnib.
 

“Mən Fəzail Ağamalı ilə qarşıdurmaya getməmişəm. Əksinə, o, mənim vəkilimi döyüb və camaat da buna etiraz edib”.  Bu sözləri Yenisabah.az-a 60 saylı Salyan-Neftçala seçki dairəsindən deputatlığa namizəd Kamil Musavi bildirib.

Kamil Musavinin sözlərinə görə, həm dairədən namizəd olan Ana Vətən Partiyasının (AVP) sədri Fəzail Ağamalının ona etiraz edənləri “sərxoş”, “nəşəli” adlandırması iftiradan başqa bir şey deyil. 

“Bəlkə deyəydi, orada türmədən gətirdiyim adamlar olub, nə bilim vertolyot filanla adamlarla gətimişik? Ora toplaşan insanlar seçicilərdir. Onlar da Fəzail Ağamalıya etiraz ediblər. Bu adam mənim vəkilimi döydürüb, əlimizdə bununla bağlı videosübutlar var. Camaat da bundan xəbər tutub ona etiraz etməyə gəliblər”, - deyə Kamil Musəvi vurğulayıb.

Kamil Musavi vəkilinin fiziki təzyiqə məruz qaldığını əks etdirən videonu da redaksiyamıza göndərib.

Həmin görüntüləri təqdim edirik: