Kirayə pulunu ödəyə bilməyən atadan dəhşətli qətl: Arvadını, üç övladını və itini...

15:28 16-01-2020 45

ABŞ vətəndaşı həyat yoldaşını, üç övladını və itini Floridada yerləşən “Disney World” parkı yaxınlığında öldürüb.

“NBC News”un məlumatına görə, polislər ailənin yaşadığı evə qohumlarının müraciətindən sonra baxış keçirib.

44 yaşlı Entoni Todt dekabrın sonunda dörd nəfəri öldürmək və heyvanla qəddarcasına rəftar etmək ittihamları ilə həbs edilib.

Qatilin həyat yoldaşı Meqan Todtun yaxınları qadın və üç uşağının bir neçə gündür onlarla əlaqə yaratmadığını polisə bildiriblər. Entoni Todt bildirib ki, həyat yoldaşı və uşaqları qrip olduğuna görə onlarla danışa bilməyib, lakin bu cavab Meqanın yaxınlarını qane etməyib. Daxil olan şikayət əsasında evə baxış keçirən polislər evdən dörd meyit tapıblar.

Polisin apardığı araşdırma nəticəsində bəlli olub ki, Todt ailəsinin qətldən bir neçə gün əvvəl kirayə haqqını ödəyə bilmədiyi üçün evlərindən qovulması barədə qərar qəbul edilib.