Nizaməddin Quliyevin müstəntiq oğlu işdən çıxarılıb

18:38 15-01-2020 60
Ağstafa Rayon İcra Hakimiyyətinin sabiq başçısı, hazırda həbsdə olan Nizaməddin Quliyevin müstəntiq oğlu işdən çıxarılıb.
 
Bunu Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev deyib.
 
O bildirib ki, Ramal Quliyev həqiqətən də əvvəl Baş İdarənin əməkdaşı olub, lakin hazırda işləmir.
 
Kamran Əliyev bildirib ki, Ramal Quliyev özünün müraciəti əsasında Baş Prokurorun müvafiq əmri ilə tutduğu vəzifəsindən azad olunub.
 
Qeyd edək ki, R. Quliyev Baş Prokurorluğun Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində müstəntiq işləyib.
 
paralel.az