Qardaş ölkə Tokio-2020-yə vəsiqə qazandı

19:47 13-01-2020 65

Yanvarın 12-də qadın voleybolçulardan ibarət Türkiyə millisi Tokio-2020 Yay Olimpiya Oyunlarına vəsiqə qazanıb.

Axar.az xəbər verir ki, Türkiyə millisi Niderlandda keçirilən Avropa Olimpiya Təsnifat Turnirinin finalında Almaniya millisinə 3:0 hesabı ilə qalib gəlib.

Azərbaycan millisi turnirin təsnifat mərhələsində Niderland və Polşaya 0:3, Bolqarıstana isə 1:3 hesabı məğlub olaraq mübarizəni dayandırıb.