Beyləqanda Asif Ağayev Şahin İsmayılovu saxta yolla yenidən deputat seçdirməyə çalışır?

18:07 13-01-2020 105

81 saylı Beyləqan DSK-da namizədliyi YAP tərəfindən irəli sürülmüş Şahin Ismayılovu saxtakarlıqla deputat seçdirmək üçün icra başçısı Asif Ağayev rayonun bütün idarə, müəssisə, təşkilat kollektivlərini, ərazi nümayəndələrini, bələdiyyə kollektivlərini, məktəb rəhbərlərini və pedaqoji işçiləri, xəstəxanaların, tibb məntəqələrinin işçilərini və rayonda olan digər təşkilatların rəhbərlərini və kollektiv üzvlərini işdən çıxarmaqla hədələyərək, seçkini kütləvi şəkildə saxtalaşdırmağa səfərbər edir.

Asif Ağayev "Şahin Ismayılovun namizədliyi YAP tərəfindən irəli sürülüb və onun adı Birinci Vitse-Prezident, Mehriban xanım Əliyeva tərəfindən siyahıya daxil edilib" ifadəsini işlədərək, hətta xanımın adından sui-istifadə etməkdən belə, çəkinmir.

Rayon əhalisinin və deputatlığa namizədlərin kütləvi etiraz etməsinə baxmayaraq, seçkiləri saxtalaşdırmaq hesabına Şahin Ismayılovu təkrar olaraq, ikinci dəfə rayondan saxta yolla deputat seçilməsinə hazırlaşır.


Asif Ağayev onu da yaxşı bilir ki, YAP 123 DSK-dan namizəd irəli sürsə də, bu namizədlərdən, əvvəlki seçkilərdə olduğu kimi, yalnız 75-80 nəfəri deputat seçilir və yerdə qalan 40-45 yerə isə, digər namizədlərdən seçilir.

Bu halda sual yaranır ki, icra başçısı Asif Ağayev 81 saylı DSK-da namizədliyi qeydə alınmış 12 nəfər yerli namizəddən heç birini yox, məhz rayon əhalisi üçün tam yad və çox uğursuz namizəd Şahin Ismayılovun saxta yolla da olsa, deputat seçilməsini nə üçün istəyir?!


Bu sualın cavabı isə, çox aydın və netdir: hər məsələdə olduğu kimi, bu məsələdə də başçı arxa-dayağı Rövnəq Abdullayevin tapşırığını yerinə yetirib, ""molodes!" almaq niyyətindədir.

Əgər belə idisə, 2015-ci ildə Şahin İsmayılovun saxta təyin olunduğu Milli Məclis bəs, cənab Prezident tərəfindən niyə buraxıldı, növbədənkənar parlament seçkiləri keçirməyə nə ehtiyac var idi?!

4 il MM-də " lal deputatlar" arasında yer alan, beyləqanlıların və Beyləqanın problemlərinin birini parlament tribunasından bir dəfə də olsun səsləndirməyən "lal" deputat beyləqanlıların nəyinə lazımdır, cənablar?!

Cənab Prezidentin həyata keçirdiyi islahatları xalqın gözündə niyə bu cür ucuzlaşdırırsınız, siz kimə işləyirsiniz, cənab Asif Ağayev?!

P.S. Adları çəkilən şəxslərində münasibətin ictimailəşdirməyə hazırıq.

paralel.az