Daha bir xanım jurnalist deputatlığa namizəd oldu.

17:34 13-01-2020 285
O, 2020-ci il fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak edəcək. Bu barədə Proqnoz.com-a 46 saylı Şirvan şəhər Seçki dairəsindən deputatlığa namizəd, jurnalist, Yeniproqnoz.az saytının rəhbəri, Bağırlı Xanbəgim (Xanım) Emir qızı özü məlumat verib. Bildirib ki, oxuduğu 9 nömrəli orta məktəbdən imza kampaniyası keçirdib. Şirvan şəhər 46 Saylı Seçki dairəsində Xanbəgim ( Xanım) Bağırlı və səlahiyyətli nümayəndəsi Mətanət müəllimə imza vərəqlərini tamamlayıb təhvil verib.